Dünyanın ən güclü pasportlarının yeni reytinqi açıqlanıb. Sinqapur vətəndaşları ən çox ölkəyə əvvəlcədən viza almadan səyahət etmək imkanına malikdirlər. Azərbaycan isə reytinqdə 73-cü yerdə qərarlaşıb.
Bu barədə Böyük Britaniyanın investisiya miqrasiyası və vətəndaşlıq üzrə konsaltinq xidmətləri göstərən “Henley & Partners” şirkətinin 2026-cı ilin oktyabr ayı üçün yenilənmiş “Henley Passport Index” hesabatında bildirilir.
Reytinqə əsasən, Sinqapur pasportu 193 istiqamətə vizasız və ya əvvəlcədən viza almadan səfər imkanı ilə dünyada birinci yerdədir.
İkinci pilləni Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri bölüşür. Bu ölkələrin vətəndaşları 188 istiqamətə əvvəlcədən viza almadan səyahət edə bilirlər.
Üçüncü yerdə 187 istiqamətlə İsveç qərarlaşıb. Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç və İspaniya isə 186 istiqamətlə dördüncü pilləni bölüşürlər.
Avropa ölkələri reytinqin yuxarı pillələrində say üstünlüyünü qoruyur. Bununla belə, ilk iki yeri tutan dörd ölkədən üçü Asiyada yerləşir.
Azərbaycan pasportu 68 istiqamətə əvvəlcədən viza almadan səfər imkanı ilə 73-cü yerdə qərarlaşıb. Bir il öncə 70-ci sırada idi.
Azərbaycan bu göstəriciyə görə 78-ci pillədə olan Ermənistanı qabaqlayır. Ermənistan vətəndaşları 63 istiqamətə əvvəlcədən viza almadan səfər edə bilirlər.
Regionun digər ölkələrindən Qırğızıstan 59 istiqamətlə 81-ci, Özbəkistan 57 istiqamətlə 82-ci yerdədir. Türkmənistan isə 44 istiqamətlə 93-cü pillədə qərarlaşıb.
Digər ölkələrə gəlincə, ABŞ pasportu 180 istiqamətlə 10-cu yerdədir. Cənubi Amerikada isə Çili, Braziliya və Argentina pasportları daha geniş səyahət imkanları ilə seçilir.
Reytinqin hazırlanmasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarından istifadə edilir. İndeks 199 pasportu və 227 səyahət istiqamətini əhatə edir.
Qeyd edək ki, reytinqdə yalnız tam vizasız giriş deyil, sərhəddə viza alınması və müəyyən elektron səyahət icazələri ilə səfər imkanları da nəzərə alınır.
2026-cı il üzrə yer · Ölkə və ya ərazi · Giriş imkanı olan istiqamətlərin sayı
1 · Sinqapur · 193
2 · Yaponiya · 188
2 · Cənubi Koreya · 188
2 · Birləşmiş Ərəb Əmirlikləri · 188
3 · İsveç · 187
4 · Belçika · 186
4 · Danimarka · 186
4 · Finlandiya · 186
4 · Fransa · 186
4 · Almaniya · 186
4 · İrlandiya · 186
4 · İtaliya · 186
4 · Lüksemburq · 186
4 · Niderland · 186
4 · Norveç · 186
4 · İspaniya · 186
5 · Avstriya · 185
5 · Yunanıstan · 185
5 · Malta · 185
5 · Portuqaliya · 185
5 · İsveçrə · 185
6 · Macarıstan · 184
6 · Malayziya · 184
6 · Polşa · 184
6 · Birləşmiş Krallıq · 184
7 · Avstraliya · 183
7 · Kanada · 183
7 · Çexiya · 183
7 · Latviya · 183
7 · Yeni Zelandiya · 183
7 · Slovakiya · 183
7 · Sloveniya · 183
8 · Xorvatiya · 182
8 · Estoniya · 182
9 · Lixtenşteyn · 181
9 · Litva · 181
10 · İslandiya · 180
10 · ABŞ · 180
11 · Bolqarıstan · 178
11 · Rumıniya · 178
12 · Monako · 176
13 · Kipr · 175
13 · Honq Konq (Çinin xüsusi inzibati rayonu) · 175
14 · Çili · 174
15 · Braziliya · 170
16 · Andorra · 169
16 · Argentina · 169
17 · İsrail · 167
18 · San-Marino · 166
19 · Barbados · 164
20 · Bruney · 163
21 · Sent-Vinsent və Qrenadinlər · 158
21 · Baham adaları · 158
22 · Sent-Kits və Nevis · 157
23 · Meksika · 155
23 · Seyşel adaları · 155
23 · Uruqvay · 155
24 · Antiqua və Barbuda · 154
25 · Vatikan · 152
26 · Mavriki · 149
27 · Qrenada · 148
28 · Kosta-Rika · 147
29 · Panama · 146
30 · Dominika · 144
30 · Paraqvay · 144
31 · Makao (Çinin xüsusi inzibati rayonu) · 143
31 · Sent-Lüsiya · 143
31 · Trinidad və Tobaqo · 143
32 · Ukrayna · 142
33 · Peru · 141
34 · Tayvan (Çin Taypeyi) · 136
35 · Serbiya · 135
36 · Solomon adaları · 134
37 · Qvatemala · 131
38 · Kolumbiya · 130
38 · Salvador · 130
39 · Honduras · 129
40 · Marşall adaları · 128
40 · Samoa · 128
41 · Monteneqro · 127
41 · Şimali Makedoniya · 127
42 · Tonqa · 126
43 · Nikaraqua · 125
44 · Tuvalu · 124
45 · Albaniya · 123
45 · Bosniya və Herseqovina · 123
46 · Mikroneziya · 122
47 · Gürcüstan · 121
47 · Kiribati · 121
48 · Moldova · 120
48 · Palau · 120
49 · Venesuela · 115
50 · Rusiya · 114
51 · Qətər · 112
51 · Türkiyə · 112
52 · Cənubi Afrika Respublikası · 101
53 · Beliz · 100
54 · Küveyt · 97
55 · Maldiv adaları · 93
55 · Şərqi Timor · 93
56 · Ekvador · 91
57 · Səudiyyə Ərəbistanı · 90
58 · Qayana · 88
59 · Bəhreyn · 87
59 · Fici · 87
60 · Vanuatu · 85
61 · Oman · 84
62 · Çin · 83
62 · Yamayka · 83
62 · Nauru · 83
62 · Papua-Yeni Qvineya · 83
63 · Kosovo · 82
64 · Botsvana · 81
65 · Belarus · 78
66 · Qazaxıstan · 77
66 · Tailand · 77
67 · Boliviya · 76
67 · Surinam · 76
68 · Lesoto · 73
68 · Namibiya · 73
69 · Dominikan Respublikası · 72
70 · Esvatini · 71
71 · İndoneziya · 70
71 · Keniya · 70
71 · Malavi · 70
71 · Mərakeş · 70
72 · Qambiya · 69
73 · Azərbaycan · 68
73 · Ruanda · 68
73 · Tanzaniya · 68
74 · Qana · 67
75 · Filippin · 66
76 · Benin · 65
76 · Tunis · 65
76 · Uqanda · 65
77 · Kabo-Verde · 64
77 · Monqolustan · 64
77 · Zambiya · 64
78 · Ermənistan · 63
78 · Syerra-Leone · 63
79 · Zimbabve · 61
80 · Mozambik · 60
81 · Qırğızıstan · 59
81 · San-Tome və Prinsipi · 59
82 · Burkina-Faso · 57
82 · Toqo · 57
82 · Özbəkistan · 57
83 · Kot-d’İvuar · 56
83 · Kuba · 56
83 · Qabon · 56
83 · Madaqaskar · 56
83 · Seneqal · 56
84 · Əlcəzair · 55
84 · Hindistan · 55
84 · Mavritaniya · 55
85 · Ekvatorial Qvineya · 54
85 · Niger · 54
86 · Qvineya · 53
86 · Mali · 53
87 · Tacikistan · 52
88 · Çad · 51
88 · Komor adaları · 51
88 · Qvineya-Bisau · 51
89 · Anqola · 49
89 · Misir · 49
89 · Haiti · 49
89 · İordaniya · 49
89 · Liberiya · 49
89 · Vyetnam · 49
90 · Burundi · 48
90 · Kamerun · 48
90 · Mərkəzi Afrika Respublikası · 48
91 · Butan · 47
91 · Kamboca · 47
91 · Konqo Respublikası · 47
92 · Konqo Demokratik Respublikası · 45
92 · Cibuti · 45
92 · Laos · 45
92 · Nigeriya · 45
93 · Türkmənistan · 44
94 · Myanma · 43
95 · Efiopiya · 41
95 · Livan · 41
95 · Cənubi Sudan · 41
95 · Sudan · 41
96 · Liviya · 39
97 · Eritreya · 38