2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılıb.
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən, mərkəzləşdirilmiş gəlirlər 38 milyard 518 milyon 425,0 min manat, yerli gəlirlər 735 milyon 575 min manat, mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat məbləğində nəzərdə tutulub.
Qeyd edək ki, 2027-ci ilin büdcə gəlirlərinin 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 1,7 % çox olacağı gözlənilir.
2027-ci il üçün icmal büdcənin gəlirləri 2026-cı illə müqayisədə 5,9% (2 milyard 649,8 milyon manat) çox proqnozlaşdırılır. İcmal büdcənin kəsiri isə 2 milyard 777,9 milyon manat səviyyəsində gözlənilir. Bu da ötən illə müqayisədə 3,2% azdır.