UEFA-nın klub reytinqi - Azərbaycan neçənci yerdədir?…

Medianews.az UEFA-nın klub reytinqinə nəzər salıb.

İlk onluqda İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Portuqaliya, Belçika, Niderland, Türkiyə və Yunanıstan qərar tutub.

Azərbaycan 55 UEFA üzvü arasında 24-cü yerdədir.

Ukrayna 23-cü, Rusiya 30-cu, Ermənistan 33-cü, Latviya 35-ci, Qazaxıstan 38-ci, Moldova 40-cı, Belarus 44-cü, Litva 45-ci, Estoniya 49-cu, Gürcüstan 50-ci pillədə göstərilir.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Klub turnirlərinin 2026-2027 mövsümü liqa raundlarındadır. Çempionlar Liqası və Avropa Liqasında səkkiz turun üçü, Konfrans Liqasında altı turun ikisi geridə qalıb.

36 komandalıq mərhələlərdə ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq. Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” 25-ci pillədədir.