Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırdır.
Bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi “Instagram” hesabında paylaşdığı videomüraciətdə bildirib.
"Dünya çempionatı sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək! Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırdır. Hər kəsə uğurlar, orada görüşənədək", - deyə İnfantino qeyd edib.
Qeyd edək ki, dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.