Növbəti il üzrə dövlət borclanmasının yuxarı həddi məlum oldu

2027-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat müəyyən edilib.

Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 6 000 000,0 min manat məbləğində təsdiq edilib.