Salyanda istixanada işləyən şəxsi elekrik cərəyanı vurub

Salyan rayonunda elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində baş verib.

Belə ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyanın təsirinə məruz qalaraq həyatını itirib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.