Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İstanbul derbisini FİFA referisi Atilla Karaoğlan idarə edəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" oyunu oktyabrın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.