Azərbaycanda keçiriləcək DÇ-nin tarixi açıqlandı

Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib.

AFFA-ya istinadən, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.