Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb

Ermənistan münaqişə zamanı itkin düşmüş şəxslərin axtarışı məsələsində Azərbaycanla əməkdaşlıq etməlidir.

Bu barədə "Report"a, Belçikanın paytaxtında itkin düşmüş şəxslərin ailələrinin təşkil etdiyi aksiyada Brüsselin gənc sakini Boris bildirib.

"İtkin düşənlərin axtarışı həmişə vacibdir, hətta söhbət başqa ölkələrin insanlarından getsə belə. Onlara kömək etmək üçün maksimum səy göstərmək lazımdır", - o deyib.

Boris etiraf edib ki, aksiya iştirakçıları ilə rastlaşana qədər bu münaqişə barədə heç nə bilmirdi, lakin vurğulayıb ki, faciənin hansı ölkədə baş verməsindən asılı olmayaraq, itkin düşənlərin ailələrinə kömək vacib bir vəzifə olaraq qalmalıdır.