Bu il ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları qırıcı təyyarə sürəti ilə hərəkət edən, mat qara rəngli üçbucaq formalı naməlum uçan obyekt müşahidə ediblər.
Pentaqonun açıqladığı məxfi sənədlərə əsasən, obyekt əvvəlcə şaquli istiqamətdə yüksəlib, daha sonra dağ silsiləsinin üzərində hərəkətsiz qalıb və qəfil sürətlənərək uzaqlaşıb. Müşahidəçilər onun səssiz hərəkət etdiyini bildiriblər.
FTB-nin hesabatında da oxşar obyektin istilik şüalanmasının qeydə alındığı bildirilir. Hadisələrin dəqiq yeri və vaxtı açıqlanmayıb.
ABŞ Müdafiə Nazirliyi bunun naməlum uçan obyektlərlə bağlı məxfiliyi ləğv edilmiş arxiv məlumatlarının açıqlanması üzrə yeddinci paket olduğunu diqqətə çatdırıb./publika