Gəncədə qəza: 3 nəfər xəsarət alıb

Yaralılar xəstəxanaya yerləşdirilib: vəziyyətlərinin orta ağır olduğu bildirilir

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər - 1961-ci il təvəllüdlü L.Məmmədova, 1990-cı il təvəllüdlü S.Məmmədova və 1991-ci il təvəllüdlü S.Mehdiyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.