Hindistanın Racastan ştatında bir qadın böyük oğlunun və sevgilisinin köməyi ilə kiçik oğullarını öldürüb.
Bu barədə "The Times of India" məlumat yayıb.
Cinayət oktyabrın 20-də Badesra kəndində baş verib. 13 yaşlı əkiz qardaşlar Vinay və Vişnu Çaudhari səhər tezdən evin yaxınlığında həyat əlamətləri olmadan tapılıblar. Yeniyetmələrə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Onlara artıq kömək etmək mümkün olmayıb.
İstintaqın versiyasına görə, qətli məktəblilərin anası Priti təşkil edib. O, sevgilisi ilə evlənmək istəyib, lakin əkizlər buna qarşı çıxıblar. Bundan sonra Priti gecə saatlarında həmin kişini və münaqişədə onu dəstəkləyən 16 yaşlı böyük oğlunu evə çağırıb. Polis hesab edir ki, məhz onlar Vinay və Vişnuya hücum edərək onları öldürüblər. Qətldə şübhəli bilinən hər üç şəxs saxlanılıb.