Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) əvvəllər təyin edilmiş əmək pensiyasının hansı hallarda bərpa və ya yenidən təyin edilə biləcəyinə aydınlıq gətirib.
DSMF-dən bildirilib ki, ümumi xəstəlik səbəbindən əlilliyə görə təyin edilmiş pensiyanın ödənişi əlillik müddəti başa çatdığı üçün dayandırılıbsa, 5 il ərzində əlillik yenidən baş verdikdə pensiya bərpa olunur.
5 ildən artıq müddət keçdikdən sonra əlillik yaranarsa, şəxsin pensiya hüququna yenidən baxılır və hüquq olduğu halda pensiya yenidən təyin edilir.
Müraciətlər elektron qaydada, bu mümkün olmadıqda isə DSMF-nin aidiyyəti struktur bölmələri və DOST mərkəzləri vasitəsilə qəbul edilir.