Albaniya parlamentində deputatlar arasında dava düşüb

Albaniya parlamentinin bugünkü iclası hakim Sosialist Partiyası və müxalif Demokrat Partiyasının deputatları arasında dava ilə başa çatıb.Bu barədə CNA xəbər verir.

İclas zamanı parlamentarilər bir-birini təhqir ediblər.

Müxalifət deputatları gündəliyin müzakirəsinə mane olmağa çalışsalar da, parlament çoxluğunun nümayəndələri gündəliyə daxil edilmiş qanun layihələrini səsverməyə çıxarmağa davam ediblər.