Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirdi

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasına ballistik raketlə hücum etdiklərini açıqlayıblar.

Bu barədə husilərin hərbi sözçüsü Yəhya Səri məlumat verib.

Onun sözlərinə görə, son 48 saat ərzində Yəmən silahlı qüvvələri ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hərbi əməliyyat həyata keçirib.

Yəhya Səri bildirib ki, əməliyyatlardan biri Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına qarşı yönəlib.

Bundan əlavə, husilər Səudiyyə Ərəbistanının qərbində yerləşən Yanbu şəhərində ölkənin neft şirkəti “Saudi Aramco”nun infrastrukturuna hücum etdiklərini bildiriblər.