Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı yeni tarix açıqladı

Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir.

Paşinyan bu barədə brifinqdə danışıb:

“Mən demişdim ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ildən əvvəl imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də keçirilən hökumət iclasında bildirmişdi ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ilə qədər imzalanmalı və təsdiqlənməlidir.