Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, E.Yusubov 2024-cü il mart ayının 7-də Prezidentin xüsusi nümayəndəsi təyin olunmuşdu.