Yardımlı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, buna qədər Orxan Məmmədov Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini idi.