Azərbaycanın strateji valyuta ehtiyatları: rəqəmlər niyə toqquşur?…

Rəsmi hesabata görə, 2026-cı il oktyabrın 1-nə Dövlət Neft Fondunun aktivləri 74 milyard 4 milyon ABŞ dollarına çatıb. Mərkəzi Bank isə eyni dövrə valyuta ehtiyatını 15 milyard 363,4 milyon dollar göstərib. Bu iki məbləğin cəmi 89 milyard 367,4 milyon dollar eləyir.

Amma Dövlət Statistika Komitəsi oktyabrın 1-nə strateji valyuta ehtiyatlarının 89 milyard 380,7 milyon dollar olduğunu açıqlayıb. 13,3 milyon dollar fərq yaranır.

Ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Medianews.az-a açıqlamasında deyib ki, rəqəmlərdə 13,3 milyon dollarlıq fərqi hanısısa üçüncü ehtiyat mənbəyinin mövcudluğu kimi qiymətləndirmək mümkün deyil: “Ehtimal etmək olar ki, fərq Dövlət Neft Fondunun aktivləri üzrə fərqli rəqəm və ya başqa uçot yanaşması tətbiqindən doğur. Dövlət Neft Fondunun aktivləri müxtəlif maliyyə alətlərindədir və onların qiyməti hər an dəyişə bilir. Fondun və Dövlət Statistika Komitəsinin hesabatlarının eyni vaxta düşməməsi də mümkündür. Aktivlərin hesablanmasında bu cür fərqlərin yaranması təbii hal kimi qəbul edilir”.