Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı artırılaraq 11 nəfər müəyyən edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib. Müdafiə sənayesi nazirinin sədrlik etdiyi kollegiyaya nazir müavinləri, Aparat rəhbəri, Hüquq, Maliyyə və hesabatalılıq, Beynəlxalq strateji əməkdaşlıq, Sənayenin tənzimlənməsi, İnsan resurslarının idarə edilməsi şöbələrinin müdürləri, habelə nazirliyin tabeliyindəki "Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri daxil edilib.