Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir.
Sammit Monteneqronun Berlin Prosesinə builki sədrliyinin yekun tədbiridir.
Sammitdə Qərbi Balkan ölkələrinin liderləri, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri, o cümlədən Avropa Komissiyasının (AK) genişlənmə məsələləri üzrə komissarı Marta Kos iştirak edəcəklər.
Monteneqronun sədrliyi dövründə Berlin Prosesi çərçivəsində 14-ü nazirlik səviyyəsində təşkil olunmaqla, ümumilikdə 26 tədbir keçirilib. Bu, Berlin Prosesinin tarixində bir sədrliyin müddətində keçirilən ən çox tədbir göstəricisidir.
Qeyd edək ki, Berlin Prosesi Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını, regional əməkdaşlığın gücləndirilməsini və iqtisadi əlaqələrin inkişafını təşviq edən təşəbbüsdür.