Papanın analizlərinin nəticəsi açıqlandı

Roma Papası XIV Leo-nun sağ ağciyərindən götürülən toxumaların müayinəsi nəticəsində lokal ağciyər adenokarsinoması aşkarlanıb. Həkimlər xəstəliyin ağciyərdən kənara yayılmadığını və əlavə onkoloji müalicəyə ehtiyac olmadığını bildiriblər.

Bu barədə həkim Luici Karbone və Stefano Marqaritora məlumat veriblər.

Son histoloji müayinələr və molekulyar-bioloji analizlər şişin lokal xarakter daşıdığını təsdiqləyib. Mütəxəssislərin qiymətləndirməsindən sonra əlavə müalicənin zəruri olmadığı qənaətinə gəlinib.

Xatırladaq ki, XIV Leo oktyabrın 11-də “Angelus” duası zamanı sağ ağciyərində düyün aşkarlandığını açıqlamışdı. O, oktyabrın 13-də xəstəxanaya yerləşdirilib və təxminən bir saat yarım davam edən əməliyyat keçirib.