TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

Azərbaycanda son illərdə dövlət idarəçiliyində bir sıra struktur dəyişiklikləri aparılıb. Bəzi qurumlar ləğv edilərək onların funksiyaları digər dövlət orqanlarına verilib, bəziləri isə yenidən təşkil olunaraq fərqli idarəetmə modelinə keçirilib.

Oktyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla da digər qurumlarda da oxşar addımların atılıb-atılmayacağı gündəmə gəlib.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, ən çox diqqət çəkən məsələlərdən biri nəqliyyat və yol infrastrukturu sahəsində fəaliyyət göstərən qurumlarla bağlıdır.

“Yol infrastrukturu ilə məşğul olan müxtəlif təşkilatlar, həmçinin nəqliyyat sahəsinə cavabdeh bir meçə qurum var. Onların birləşdirilməsi variantı nəzərdən keçirilə bilər. Belə bir təmərküzləşmə mümkündür. Bunun hansı istiqamətdə və hansı strategiya əsasında həyata keçiriləcəyini isə yaxın zamanda görəcəyik”.

Günay Şahmar, Bizim.Media