Nikolay Baskovun keçmiş sevgilisi onu geri qaytarmaq istəyir

Rusiyalı müğənni Nikolay Baskovun keçmiş nişanlısı Sofiya Kalçeva illər keçməsinə baxmayaraq, sənətçiyə olan hisslərinin davam etdiyini bildirib.

Bu barədə “StarHit” məlumat yayıb.

Kalçeva keçmiş sevgilisinə məhəbbətini açıq ifadə edib və onunla münasibətlərini yenidən qurmaq istədiyini söyləyib.

O, Baskovla ailə qurmaq və övlad sahibi olmaq arzusundan da danışıb.