Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən sürücü SAXLANILDI

Xəbər verdiyimiz kimi Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücünün seksual xarakterli təzyiqinə məruz qaldığını bildirib.

Yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.