Tramp ABŞ-nin İran məsələsində Rusiya və Çinlə əməkdaşlıq etdiyini bildirib

Amerika ABŞ və İsrailin İranla hərbi münaqişəsinin həlli üçün Rusiya və Çinlə əməkdaşlıq edir.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Amerika liderinin sözlərinə görə, Rusiya və Çin İranla bağlı hadisələrdə daha fəal iştirak edə bilərlər.

"Rusiyanın İranla bağlı məsələdə iştirakı daha geniş ola bilərdi və eyni şey Çinə də aiddir", - Tramp qeyd edib.

"Söhbət nisbətən az miqdarda iştirakdan gedir. Əslində, bu ölkələrin hər ikisi bu müharibənin bitməsini istəyir. Biz Rusiya ilə bu məsələ üzərində işləyirik və Çin də iştirak edir", - ABŞ Prezidenti əlavə edib.