Ərdoğan Prezident İlham Əliyevi Ankaraya dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Ərdoğan bir daha Azərbaycanı müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

Liderlər həmçinin Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüşdə Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrindən güc alaraq əməkdaşlığını daha da inkişaf etdirəcəklərini bildirib.