Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində Su-30SM tipli hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarə Çernyaxovsk şəhəri yaxınlığında, Timofeyevka və Zelyonıy Bor yaşayış məntəqələri arasındakı sahəyə düşüb.

Hər iki pilot katapult etməyə müvəffəq olub. Onlar müxtəlif xəsarətlərlə hərbi hospitala çatdırılıblar.