Rusiya ölkəyə giriş üçün elektron icazənin məcburi olmasını nəzərdə tutan yeni qərarın tətbiqi qaydaları ilə bağlı Qazaxıstan hakimiyyətindən əlavə izahat gözləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Moskva Astananın miqrasiya qanunvericiliyini təkmilləşdirmək hüququna hörmətlə yanaşır. Bununla belə, yeni müddəalar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına da şamil olunduğundan, Rusiya müvafiq izahatlar istəyir.