İstanbulda silahlı insident

İstanbulun Böyükçekmece rayonunda yaşayış kompleksində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə "Haber7" məlumat yayıb. Hadisə rayonun Cumhuriyet məhəlləsində yerləşən yaşayış kompleksinin 17-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.