Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *** “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib. *** “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib. Qeyd edək ki, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.