İlham Əliyev bu sazişləri TƏSDİQLƏDİ - YENİLƏNİB

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

***

Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb.

Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiqlənib.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.