"Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib

"Borussiya Dortmund" klubu Azərbaycanda məşq üçün şərait yaratdığına görə "Qarabağ"a təşəkkür edib.

Dortmund təmsilçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Buna səbəb Almaniya klubunun məşq prosesini "Qarabağ"ın "Azərsun Arena"da keçirməsi olub.

Bundan başqa komanda üzvləri ölkələrinə dönərkən ölkəmizə də təşəkkür etməyi unutmayıb.

Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda keçirilən "Sabah" - "Borussiya Dortmund" matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Instagram paylaşımıinstagram.com/reel/DewO4ZTI6ff/