Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər.
Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzr köməkçisi Yuri Uşakov bildirib.
"Biz Əbu-Dabini nəzərdə tutmuşuq. Belə razılıq əldə olunub ki, haradasa noyabrın ortalarında, ayın 10-dan sonra görüş olacaq. Danışıqlara kimin qatılacağı hələ müəyyən edilməyib. Prezident qərar verəcək", - Kreml rəsmisi vurğulayıb.
Uşakov aydınlaşdırıb ki, danışıqlar əvvəlki kimi ekspertlər səviyyəsində keçiriləcək. Onun sözlərinə görə, əsas mövzu münaqişə bitdikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.