Şimali Koreya Tatarıstandakı "Alabuga" xüsusi iqtisadi zonasında "Şahed" tipli zərbə dronlarının yığılması üçün Rusiyaya 12 min fəhlə göndərib.
Bu barədə "Militar" nəşri Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) və Corc Buş İnstitutunun birgə hesabatına istinadən məlumat yayıb.
Məruzə müəlliflərinin sözlərinə görə, şimali koreyalı fəhlələrə saatda cəmi 2,5 dollar ödənilir.
Lakin onların qazancının 70%-dən 90%-ə qədərini rəsmi Pxenyan mənimsəyir.
KXDR vətəndaşları ilə yanaşı, hərbi istehsalatda rusiyalılar (əsasən tələbə gənclər), eləcə də digər ölkələrdən olan əcnəbi işçilər də çalışır.
Tədqiqatçılar zavod heyətini üç əsas qrupa bölürlər: rusiyalı gənclər, əcnəbi fəhlələr və Şimali Koreya vətəndaşları.
Hesabatda vurğulanır ki, Rusiya hakimiyyəti ilk iki qrupa qarşı dolayısı ilə məcburi əmək təcrübələrindən tətbiq edə bilər.
KXDR hökuməti isə öz vətəndaşlarını birbaşa məcburi əməyə cəlb edir və onların qazandığı vəsaitin böyük hissəsini müsadirə edir. /Musavat.com/