Dövlət Sosial Müdafiə Fondu ofis sahəsinin icarəsinə 863 min manat xərcləyəcək

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı müqavilə bağlanıb. Satınalmanın qalibi Amil Qinyaz oğlu Bayramov olub. Müqavilənin ümumi dəyəri 863 280 manat təşkil edir.