Xalq artistinin kürəkəni həbs edildi

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Apa-ya istinadən, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.