Azərbaycan məşhur Türkiyə vətəndaşlarını "qara siyahı"ya SALDI - ADLAR

Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəriCem Özyurt – BlogerAkın Duru – TV8 və Acunmedya əməkdaşıDursun Eker – Jurnalist, File Prodüksiyon HizmetleriAdem Özköse – Jurnalist, siyasi analitik, yazıçıMuhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisiCüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitikSerhat Koyuncu – İctimai xadimMikail Ayyıldız – Dini yazar və araşdırmaçıAhi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloqMuharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)Fatih Erbakan – Yeniden Refah Partiyasının sədriYahya Uğraş – HÜDA PAR Partiyasının sədr müaviniAydın Binboğa – İqtisadçı, siyasətçiHakkı Eren – “Köklü Değişim” jurnalistiSait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəriMehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-HatibiOkan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibiMert Armağan – JurnalistYaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalistAhmet Sırrı Arvas – Şair, jurnalist, yazıçıYusuf Kaplan – Yazıçı, jurnalistErdinc Teğmen – Erte Medya’nın sahibiAhmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimiHalil Atakan Ay – İlahiyyatçıİsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzetiMurat Şahin – Akıt TV- də proqram aparıcısıİrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısıFatin Dağistanlı – Akıt TV- də proqram aparıcısıÖmer Ulutaş – Toprak partiyasının sədriÖmer Faruk Gergerlioğlu – Millət vəkiliXİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.