“Borussiya” azarkeşlərindən Bakıda maraqlı pankart - Foto

Dortmund “Borussiya”sının azarkeşləri komandalarını dəstəkləmək üçün Almaniyadan Bakıya təxminən 3450 kilometr yol qət ediblər.

Qol.az-a istinadla, UEFA Çempionlar Liqasında “Sabah”la oyun üçün paytaxtımıza gələn təxminən 1800 alman azarkeş Bakı Olimpiya Stadionunun tribunalarında diqqətçəkən pankart açıblar.

Sarı-qara rənglərlə bəzədilən tribunada nümayiş etdirilən pankartda bu sözlər yazılıb:

“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər”.

Bununla Dortmund klubunun tərəfdarları komandalarına olan sevgilərini və sədaqətlərini ifadə ediblər.

Xatırladaq ki, “Borussiya” oyunda 2:1 hesabı ilə qələbə qazanıb.