Qışda xizək, yayda göl kənarı: İlin hər günü Şahdağda kurort atmosferi

Şahdağda yeni yaşayış konsepsiyası formalaşır. "Shahdag Residences and Chalets" sadəcə yaşayış kompleksi deyil, "Shahdag Tourism"in ərazisində, fəaliyyətdə olan dağ-xizək kurortunun mərkəzində yerləşən və yaşayışı kurort təcrübəsi ilə birləşdirən unikal residential resort layihəsidir. Layihənin lokasiyası sakinlərə kanat xətlərinə, gölə, "Après-Ski" zonasına və kurortun mərkəzi hissəsinə rahat çıxış imkanı yaradır.