Azərbaycanda xəstəxananın təmirinin ikinci mərhələsi 1.7 milyon manata başa gələcək

Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binasının Psixiatriya və Narkoloji mərkəzlərinə çevrilməsi üzrə işlərin davamı üçün 1,7 milyon manatdan çox vəsait ayrılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı “Pro Construction Company” MMC ilə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 1 745 090,92 manatdır.

Satınalma Lökbatan qəsəbəsindəki yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz kimi əsaslı təmir işlərinin davamının (2-ci mərhələnin) həyata keçirilməsini əhatə edir.