Süni intellekt savadlılığı proqramı 7 000-dən çox vətəndaşı əhatə edib

Süni intellekt savadlılığı proqramı indiyədək 7 000-dən çox vətəndaşı əhatə edib. Bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova qurumun fəaliyyətinin 5 illiyinə həsr olunmuş hesabat tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində 35 mindən çox vətəndaşı əhatə edən 150-dən çox mövzuda 850-dən artıq təlim, vorkşop…