Onu yandıran ərini BAĞIŞLADI

Göygöldə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Nigar Xanmirzəyevanın üzərinə benzin tökərək alışdırmaqla, həyat yoldaşının sağlamlığına az ağır zərər vuran Cövdəd Xanmirzəyevin (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Xitab24.az-a istinadən, Göygöl Rayon Məhkəməsində keçiriçən prosesdə 1986-cı il təvəllüdlü təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 127.2.2-ci və 127.2.3-cü maddələri ilə təqsirləmdirilən ərin azadlığı 2 il 2 ay müddətinə məhdudlaşdırılıb.

Maraqlıdır ki, məhkəmədə hadisə zamanı sifətin, boynun, sol bazunun, sağ əlin, döş qəfəsinin, sol yuxarı ətrafın, qarnın, gövdənin II-III dərəcəli termiki (alov) yanıq yaraları alan qadın ərini bağışlayıb, Cövdədə yüngül cəza verilməsini xahiş edib.

Hadisəyə səbəb isə həyətdə işləyən zaman Cövdədin çağırışına Nigarın gec cavab verməsi səbəb olub.

İfadəsində əsəbiləşdiyi üçün arvadını cəzalandırdığını bildirən Cövdəd, həyat yoldaşını öldürmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, məhkəmə heyəti təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını və bədən səthinə təxminən 18-19%-ni əhatə edən yanıq xəsarətləri yetirdiyi arvadı ilə barışıq əldə etməsini yüngülləşdirici hal kimi dəyərləndirib.