Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova bildirib.

“Biznes mühitinin ümumi qavrayışı da qənaətbəxş olub ki, bu da müsbət göstəricidir. Deyərdim ki, bu nəticələr ötən il əldə etdiyimiz nəticələrə müəyyən qədər bənzəyir, lakin bir qədər aşağıdır. Bunun səbəbi regiondakı geosiyasi vəziyyət ola bilər. Ötən il olduğu kimi, bu il də ən müsbət dinamika siyasi və sosial sabitlik sahəsində müşahidə olunub. Enerji resurslarının etibarlılığı və qiyməti də müsbət dinamika kimi qiymətləndirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi də digər müsbət məqamlar arasında yer alıb”, – deyə o qeyd edib.