Masazırda ölümlə nəticələnən qəza baş verib

Abşeron rayonunun Masazır kəndində avtomobil piyadanı vuraraq öldürüb. Hadisə oktyabrın 19-da "Duzlu göl" adlanan ərazidə baş verib. Belə ki, Vahim Vahidovun idarə etdiyi "Mercedes-Benz Viano" markalı avtomobil piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.