Azərbaycanın spirtli içki istehsalçısının mənfəəti 45% azalıb

“A+CO” ASC-nin 2025-ci ildə xalis mənfəəti 45% azalaraq 1.41 milyon manatdan 774.1 min manata düşüb. Mənfəətin azalmasına əsasən inzibati xərclərin 18.26 milyon manata (əvvəlki il: 9.81 mln manat) və maliyyə xərclərinin 4.84 milyon manata yüksəlməsi təsir edib. Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. Şirkətin əsas fəaliyyət gəlirləri 14% artaraq 52.85 milyon manatdan…