Polşada qətllər planlaşdırmaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb

Polşada 16 yaşlı yeniyetmə bir neçə nəfəri öldürməyi planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə Polşa mediası hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məhkəmə onun növbəti üç ayı yetkinlik yaşına çatmayanların saxlama mərkəzində keçirməsi barədə qərar çıxarıb. Daha sonra isə onun işinə ailə işləri üzrə məhkəmə baxacaq.

Polisə yeniyetmənin bir neçə nəfəri öldürməyə hazırlaşdığı barədə məlumat daxil olub. Onun mənzilində axtarış zamanı bıçaq, odlu silah kimi əşyalar aşkar edilib. Yeniyetmədə həmçinin gülləkeçirməz jilet və gözyaşardıcı qaz balonu da olub.