Qazaxda çobanı ildırım vurdu - VİDEO

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

Hadisə o, heyvan otaran zaman baş verib.

Məlumata görə, rayon ərazisində axşam saatlarında hava şəraiti kəskin dəyişib və ildırım çaxıb. Buna baxmayaraq, Daş Salahlı kənd sakini Samir Bayramov heyvan otarmağa davam edib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Samir Bayramov Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.