Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib. Anar Bayramov nazir təyinatınadək altı ay beş gün - 2026-cı il aprelin 14-dən oktyabrın 19-dək TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.Anar Bayramov kimdir?Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib və Mirqasımov adına təqaüdə layiq görülüb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə istiqaməti üzrə magistr təhsili alıb. Tibb üzrə fəlsəfə doktorudur.O, peşəkar fəaliyyətinə klinik tibdə başlayıb, sonrakı dövrdə özəl səhiyyə, tibbi sığorta və idarəetmə sahələrində çalışıb. "MediClub"da həkim, "A-Group Sığorta" şirkətində isə rəhbər vəzifələrdə fəaliyyət göstərib. Sığorta sektorunda müxtəlif ictimai birliklərin və peşəkar platformaların işində iştirak edib.2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Bu dövrdə əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin elektronlaşdırılması və şəffaflığın artırılması istiqamətində həyata keçirilən institusional islahatlarda iştirak edib.2025-ci il aprelin 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilən Anar Bayramov bir il sonra TƏBİB-in rəhbərliyinə gətirilib.Onun peşəkar təcrübəsi klinik tibb, səhiyyə iqtisadiyyatı, tibbi sığorta, sosial müdafiə, reabilitasiya və dövlət idarəçiliyini birləşdirir.TƏBİB-də altı ayın əsas istiqamətləriAnar Bayramovun TƏBİB-ə rəhbərlik etdiyi dövr struktur və kadr dəyişiklikləri, əməkhaqqı islahatı, xidmət keyfiyyətinə nəzarət, təcili tibbi yardımın rəqəmsallaşdırılması və regionlarda tibbi xidmət imkanlarının genişləndirilməsi ilə yadda qalıb.İdarəetmə komandasının yenilənməsiAltıaylıq dövrdə TƏBİB-in mərkəzi idarəetmə komandasında dəyişikliklər aparılıb, yeni icraçı direktor müavinləri və müşavirlər təyin edilib.Eyni zamanda, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra respublika əhəmiyyətli, ixtisaslaşmış, şəhər və rayon tibb müəssisələrinin rəhbərliyi yenilənib. Təyinatlar yalnız bir müəssisəni deyil, sistemin müxtəlif istiqamətlərini - çoxprofilli xəstəxanaları, ixtisaslaşdırılmış mərkəzləri, regional tibb müəssisələrini və təcili tibbi yardım strukturunu əhatə edib.Xidmət keyfiyyətinə nəzarətAprel ayından etibarən tibb müəssisələrində planlı və növbədənkənar yoxlamalar təşkil olunub. Yoxlamalar zamanı klinik protokollara əməl edilməsi, tibbi sənədləşmə, müalicə prosesinin təşkili, kadrların faktiki fəaliyyəti, iş yükü, sertifikasiya və təlim məsələləri, həmçinin vətəndaş müraciətlərinə baxılması qiymətləndirilib.Bu yanaşma tibb müəssisələrində yalnız inzibati nəzarətin deyil, klinik xidmətin keyfiyyətinin və pasiyent məmnunluğunun da ölçülməsinə yönəlib.72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatıBu dövrün ən genişmiqyaslı sosial tədbiri TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması olub.Ölkə rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən islahat 72 212 əməkdaşı əhatə edib. Sistem üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.Ailə və sahə həkimlərinin, təcili tibbi yardım və təxirəsalınmaz yardım şöbələrində çalışan həkimlərin, orta və kiçik tibb heyətinin əməkhaqqıları yüksəldilib. Regionlarda çatışmayan ixtisaslar üzrə çalışan həkimlər üçün əlavə stimullaşdırıcı ödənişlər müəyyən edilib.İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, regionlarda kadr çatışmazlığının azaldılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi olub.Təcili tibbi yardımda texnoloji yenilənməTƏBİB-in tabeliyindəki təcili tibbi yardım xidmətinin maddi-texniki və rəqəmsal imkanlarının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.Regionlara yeni ambulans və reanimobillər verilib. Bakı şəhərində sıx nəqliyyat şəraitində hadisə yerinə daha tez çatmaq üçün "Ambucycle" modelinin pilot tətbiqinə başlanılıb. "103" çağrı xidmətinin texnoloji imkanlarının genişləndirilməsi məqsədilə "Azerconnect Group"la əməkdaşlıq qurulub.Yeni çağırış idarəetmə sistemi ünvanların xəritə üzərində müəyyənləşdirilməsini, briqadaların real vaxt rejimində izlənilməsini, çağırışların elektron bölüşdürülməsini və tibbi məlumatların rəqəmsal formada qeydə alınmasını nəzərdə tutur.Layihəyə təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsi, teletibbi konsultasiyaların təşkili, naviqasiya imkanlarının genişləndirilməsi və süni intellekt əsaslı analitik vasitələrin tətbiqi də daxildir.Altı xəstəxanada onlayn növbəPasiyentlərin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə onlayn növbə sistemi altı tibb müəssisəsində tətbiq edilib.Sistem vətəndaşlara xəstəxanaya getmədən həkim qəbulunun vaxtını əvvəlcədən seçmək, növbəni planlaşdırmaq və gözləmə müddətini azaltmaq imkanı yaradır. Layihənin 2026-cı ilin sonunadək TƏBİB-in tabeliyindəki bütün müvafiq tibb müəssisələrini əhatə etməsi planlaşdırılır.Regionlarda yeni tibbi xidmətlərAnar Bayramovun TƏBİB-ə rəhbərlik etdiyi dövrdə regionlarda ixtisaslaşmış tibbi xidmət imkanlarının genişləndirilməsi davam etdirilib.Gədəbəy və Ucar rayon mərkəzi xəstəxanalarında yeni hemodializ şöbələri fəaliyyətə başlayıb. Bu, dializ xəstələrinin müalicə üçün uzaq məsafə qət etmədən yaşadıqları bölgədə xidmət almasına imkan yaradıb.Şuşa və Xocavənddə təcili tibbi yardım bölmələri açılıb, Xocavənd Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatların aparılmasına başlanılıb.Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası və 2 nömrəli İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib. Yeni xəstəxanada ağciyər xəstəliklərinin diaqnostikası, intensiv terapiyası, cərrahi müalicəsi və ağciyərdənkənar vərəm hallarının müalicəsi üçün imkanlar yaradılıb.Kəndlər üçün diaqnostik köşklərKənd tibb məntəqələrinin diaqnostik köşklərlə təchiz olunması layihəsinə başlanılıb. İlk köşk Xocavənd rayonunda quraşdırılıb.Bu avadanlıqlar əsas tibbi göstəricilərin ölçülməsinə, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və pasiyentin zərurət olduqda uyğun tibb müəssisəsinə yönləndirilməsinə imkan verir. Layihənin ölkə üzrə 170-dən çox kənd tibb məntəqəsini əhatə etməsi nəzərdə tutulur.Klinik imkanların genişləndirilməsiHesabat dövründə TƏBİB-in tabeliyindəki müxtəlif tibb müəssisələrində yeni müalicə və cərrahiyyə metodları tətbiq olunub."Yeni Klinika"da ilk dəfə mexaniki trombektomiya əməliyyatı icra edilib. Respublika Pediatriya Mərkəzində mürəkkəb uşaq əməliyyatları həyata keçirilib. Reabilitasiya xidmətlərində robotlaşdırılmış avadanlıqlardan istifadə genişləndirilib.Patronaj xidmətinin təşkili üzrə Azərbaycan modeli beynəlxalq tədbirdə mükafata layiq görülüb. Hərəkət məhdudiyyətli şəxslərə, uşaqlara və ucqar ərazilərdə yaşayan vətəndaşlara səyyar tibbi xidmətlərin göstərilməsi davam etdirilib.Yeni nazirin idarəçilik profiliAnar Bayramovun əvvəlki fəaliyyəti onun həm tibbi, həm də iqtisadi-idarəetmə təcrübəsinə malik olduğunu göstərir. Özəl səhiyyə və sığorta sektorunda çalışması, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminə rəhbərlik etməsi, nazir müavini və TƏBİB-in icraçı direktoru vəzifələrində fəaliyyət göstərməsi ona səhiyyənin müxtəlif sahələri üzrə idarəçilik təcrübəsi qazandırıb.TƏBİB-dəki altıaylıq fəaliyyəti zamanı əsas diqqət kadr və idarəetmə strukturunun yenilənməsinə, tibb işçilərinin əməkhaqqılarının artırılmasına, xidmət keyfiyyətinə nəzarətə, rəqəmsal həllərin tətbiqinə və regionlarda tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsinə yönəlib.Anar Bayramov səhiyyə naziri vəzifəsinə sistemdə struktur dəyişikliklərinin aparıldığı bir vaxtda təyin edilib. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yeni nazirin qarşısında dövlət səhiyyə siyasəti, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə və tabeli qurumların fəaliyyətinin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsi vəzifəsini qoyur.Oxu.az
Bu gün
3472 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatının Pendleton şəhərində keçirilən seçki kampaniyası mitinqi zamanı qəribə səslər çıxarıb. Tədbir “Fox News” telekanalı tərəfindən yayımlanıb. İnternetdə yayılan bir…
Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq. Fəridə…
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar, dini…
Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə Türkiyənin 31 vətəndaşının ölkəyə girişinə qadağa qoyulub. Bu addım həmin şəxslərin sosial şəbəkələr vasitəsilə Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və milli…
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib. Bu barədə informasiya texnologiyaları üzrə…
ABŞ-nin müdafiə naziri Pit Heqsetin aparatının əməkdaşları İkinci Dünya müharibəsi dövrünə aid general Duayt Eyzenhauerin tarixi döşəmə qlobusunu onun kabinetinə apararkən zədələyiblər. Bu...
“Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
Avropa İttifaqı suverenliyini və qlobal mövqeyini gücləndirmək üçün genişlənməyə davam etməlidir.
Bu iddia ilə qruplaşmanın hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib. "Yəmən silahlı qüvvələri son 48 saat ərzində pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə dörd dəqiq hərbi əməliyyat həyata…
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib. Bu barədə Moderator.az-az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Qeyd olunub ki, Azərbaycan idmançısı Fərhad…
Azərbaycanın bank sisteminin ümumi aktivləri 2021-ci ildən bəri ildə orta hesabla 11% artıb. Bu barədə beynəlxalq reytinq agentliyi Moody's-in cümə axşamı açıqladığı hesabatda…
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbi tikiləcək.
Bəzən bir telefon zəngi yalnız diplomatik təmas deyil, həm də siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini göstərən mesaj olur. Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti…
Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib. AFFA-ya istinadən, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb. Yarış 2027-ci il sentyabrın 17-dən…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında şəxsi ədavətin olmadığını və Vaşinqtonla münasibətlərdəki gərginliyin şəxsi məsələlərlə bağlı olmadığını bildirib. "Report"un Şərqi Avropa…
Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş…
Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci ildə ABŞ-də təşkil olunacaq. Bu barədə FIFA məlumat yayıb. Turnir 2028-ci il yanvarın 5-dən 30-dək keçiriləcək. FIFA qərarın ABŞ-nin beynəlxalq yarışların…
İspaniyanın "Real" (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb. "Haber Global"a istinadən, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, "Kral klubu" üç il əvvəl…
Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, sənədlər oktyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orponun Kiyevə…
ABŞ Ukraynada Starlink peyk rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib. Bununla belə, mütəxəssislər və diplomatlar məsələ üzərində işləməyə davam edirlər. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu…
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini…
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Национальную сборную представляют 15 спортсменов.
Массовые протесты, охватившие Францию, Италию и другие страны Евросоюза, перекинулись на Грецию и Австрию, сообщают европейские СМИ. В Греции десятки тысяч человек приняли участие в...
Азербайджанский спортсмен Фархад Раджабли завоевал золотую медаль на чемпионате Европы по дзюдо среди ветеранов в португальском городе Портиман.
Bakıda yeni metro stansiyalarının tikintisi ətraf ərazilərdə torpaq və mənzil qiymətlərinin artmasına təsir göstərəcək. Lakin bu artım bütün ərazilərdə eyni səviyyədə olmayacaq. Bunu Trend-ə açıqlamasında Azərbaycan…
“Real Madrid”in türkiyəli futbolçu Arda Gülerlə yeni müqavilə imzalayıb. Bu barədə Fabrizio Romano məlumat yayıb. Məlumata görə, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə edib.Qeyd edək ki, Arda…
Şamil Ayrım
ABŞ prezidenti
Jerald Darmanen
Səfir
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib. Bu barədə informasiya texnologiyaları üzrə…
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir.Oxu24.com bildirir ki, modern.az sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə…
Nazirlər Kabineti “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, Strategiyada qeyd olunan “xalis sıfır emissiya”…
Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffdan Rusiya tərəfi ilə aparılan danışıqların nəticələri barədə ətraflı məlumat alacağını gözləyir. Zelenski bu barədə Finlandiyanın…
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib. Bu barədə informasiya texnologiyaları üzrə…
Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən...
Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. Redaktor.az oxu.az-a istinadən xəbər verir ki,...
Gündüz müntəzəm olaraq bir saatdan çox yatmaq yaşlı insanlarda ölüm riskinin artması ilə əlaqəli ola bilər. Beynəlxalq alimlər qrupu gündüz istirahətinin və gecə yuxusunun keyfiyyətinin ömür uzunluğuna təsirini…
Vəzifəsinin icrasına başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirəcəyinə söz verən ABŞ prezidenti Donald Tramp sülhün bərqərar olmamasına görə Kiyevə doğru yürüş edən, lakin palçığa…