Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

Ukraynanın paytaxtı Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, həmin şəxs 1994-cü il təvəllüdlü Hüseynov Şəhriyar Nazim oğludur.

O, oktyabrın 20-də Kiyevin Çaban ərazisinə Rusiya ordusunun dron hücumları zamanı yaralanıb. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.